send link to app

e-köşk app for iPhone and iPad


4.0 ( 4720 ratings )
Newsstand
Developer: MAS MMC
Free
Current version: 1.0, last update: 6 months ago
First release : 25 Jul 2023
App size: 24.2 Mb

Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 yanvar tarixli 1249 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Nizamnaməsi”nə uyğun olaraq çap mediası məhsullarının abunə və satışının təşkilinə dəstək göstərilməsi, media sahəsində yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqi, media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi istiqamətində tədbirlərin görülməsi Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin fəaliyyətində əsas götürdüyü istiqamətlərdəndir.
Dünya miqyasında rəqəmsal texnologiyaya sürətli keçid demək olar ki, iqtisadiyyatın bütün ənənəvi sahələrində innovasiya və texnologiyaların tətbiqini stimullaşdırır və uzunmüddətli inkişaf üçün yeni perspektivlər təklif edir. Qlobal informasiya mühitinin modernləşməsi, qabaqcıl texnologiyaların media sahəsində geniş tətbiqi və digər innovativ yeniliklər çap mediasının rəqəmsallaşması üçün bir çox imkanlar yaradır. Yeni media mühitinin ehtiyaclarının və müşahidə edilən müasir tendensiyalar nəzərə alınaraq hazırlanan “E-Köşk” portalı rəqəmsal çap mediası məhsullarının abunə və satışının təşkil edildiyi platformadır. Plaforma ənənəvi çap mediasını hər kəs üçün daha əlçatan edir, oxuculara mütəmadi olaraq yenilənən məlumat bazasından qəzet və jurnalları zaman və məkandan asılı olmayaraq asanlıqla əldə edə bilmək imkanı yaradır. “E-Köşk” portalı vasitəsi ilə oxucular ölkədə baş verən yeniliklərdən daima xəbərdar olmaqla yanaşı, sərbəst şəkildə rəqəmsallaşdırılmış arxivdən faydalana biləcəklər.
Artıq vaxt və xərc itkisinin qarşısını alan “E-Köşk” portalının yaradılma məqsədləri daha böyük kütlənin oxu vərdişlərini inkişaf etdirərək informasiya cəmiyyətinə keçidi sürətləndirmək, ənənəvi medianın rəqəmsal mühitə uyğunlaşmasına dəstək göstərmək, çap mediasınıın ekoloji və iqtisadi dayanıqlılığını artırmaqdır.